...

İran parlamenti hərbi zavoda hücumunu araşdırmaq üçün komissiya göndərəcək

Dünya xəbərləri Materials 30 Yanvar 2023 00:28 (UTC +04:00)
İran parlamenti hərbi zavoda hücumunu araşdırmaq üçün komissiya göndərəcək

Bakı. Trend:

İran Məclisi (parlament) Müdafiə Nazirliyinin obyektlərindən birinə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumu araşdırmaq üçün İsfahana xüsusi komissiya göndərəcək.

Trend-in məlumatına görə, bu barədə parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini Abbas Müqtədai deyib.

"İsfahanda baş verən hadisə bir sıra rəsmilərlə bugünkü görüşdə diqqətlə təhlil edilib və Milli Təhlükəsizlik Komitəsi hesabat hazırlamaq üçün İsfahana komissiya göndərəcək və bu barədə əlavə qərarlar qəbul ediləcək," - deyə A.Müqtədai bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti