Bakı. Trend:
Türkiyədə baş verən zəlzələnin ilk günündən etibarən "Bayraktar AKINCI" və "Bayraktar TB2" PUA-ları fəlakət bölgəsində 2417 saat 6 dəqiqə müddətində döyüş uçuşları həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "Baykar" şirkəti öz "Twitter" səhifəsində yazıb.
"Milli PUA-lar, o cümlədən 9 "Bayraktar AKINCI", onlardan 8-"i "Baykar Rapid Mapping Pod" ilə inteqrasiya edilib, 42 "Bayraktar" TB2 PUA-ları zəlzələ bölgəsində ümumilikdə 2417 saat 6 dəqiqə uçuşu tamamladı. Təhlükəsizlik və zərərin qiymətləndirilməsi üçün uçuşlar davam edir", - deyə qeyd olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.