...

Avropa Komissiyasının rəhbəri Aİ-nin Rusiya qazı və neftindən asılılığının keçmişdə qaldığını hesab edir

Dünya xəbərləri Materials 5 Mart 2023 23:55 (UTC +04:00)
Avropa Komissiyasının rəhbəri Aİ-nin Rusiya qazı və neftindən asılılığının keçmişdə qaldığını hesab edir

Bakı. Trend:

Avropa İttifaqı Rusiyadan qaz və neft təchizatından asılılıqdan qurtulub.

Trend xəbər verir ki, bunu bazar günü Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

"Avropanın Rusiya neft və qaz təchizatından asılılığı artıq keçmişdə qalıb. Rusiya 8 ayda Avropaya qaz ixracını 80% azaldıb. Biz birlikdə işləyərək bunu kompensasiya edə bildik. Təbii ki, ABŞ və Norveç kimi yaxşı dostlarımız mayeləşdirilmiş və boru kəməri ilə qaz tədarükü ilə bizə dəstək oldular", - deyə AK sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti