Bakı. Trend:
Miloş Zeman Çexiya prezidenti postundan gedir.
Trend-in məlumatına görə, şərşənbə günü onun dövlət başçısı kimi ikinci beşillik mandatı başa çatır, və növbəti gün, cümə axşamı, onun varisi, ordunun istefada olan generalı Petr Pavelin Praqa qəsrində inaqurasiya mərasimi keçiriləcək.
Bir çox çex politoloqu və mediası Zemanın onillik prezidentliyi, xüsusən də onun xarici siyasətini tənqid edir. Bundan əvvəl o, Çexiya ilə Rusiya arasında ilk növbədə iqtisadi sahədə əlaqələrin inkişafının tərəfdarı olsa da, 2022-ci il fevralın 24-dən sonra yanaşmasını yenidən nəzərdən keçirib.