Bakı. Trend:
İsrail və ABŞ müdafiə nazirləri Yoav Qalan və Lloyd Ostin Fələstin-İsrail qarşıdurması zonasında artan gərginliyi müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
"Nazir Qalant nazir Ostini son vaxtlar İsraildə törədilən terror aktları və İranın dəstəyi ilə Fələstin terrorçu qruplarının Qəzza və Livan ərazisindən eyni vaxtda atdığı raketlər barədə məlumatlandırıb", - deyə bildirilib.
Nazirlik qeyd edib ki, Y.Qalant L.Ostinə İsrail hərbi strukturlarının terrorizmlə mübarizə və yəhudi dövlətinin vətəndaşlarına və qoşunlarına qarşı istənilən təhlükəyə effektiv cavab vermək üçün hansı tədbirləri gördüyünü ətraflı izah edib.