...

Rumıniya Bayraktar TB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşulub – Haluk Bayraktar

Dünya xəbərləri Materials 26 Aprel 2023 01:20 (UTC +04:00)
Rumıniya Bayraktar TB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşulub – Haluk Bayraktar

Bakı. Trend:

Rumıniya Bayraktar TB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşulub.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar öz Twitter hesabında bildirib.

"Milli Texnologiya Hərəkatı həm ölkəmizin, həm də dost və qardaş ölkələrin tam müstəqilliyinin ən güclü təminatıdır. Bu ixracatla Türkiyə ilə Rumıniya arasındakı əlaqələr daha da güclənəcək” – deyə o qeyd edib.

Türkiyənin müdafiə sənayesi sahəsində göz bəbəyi sayılan Bayraktar TB2 PUA-lar ixrac uğurlarını davam etdirməyə davam edir.

"Rumıniya yüksək texnologiyalı Bayraktar TB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşuldu" – deyə Haluk Bayraktar bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti