Bakı. Trend:
Aprelin 30-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ailə üzvləri ilə birlikdə Daşkəndin Mirzo-Uluqbek rayonundakı 59 saylı referendum məntəqəsində olub və referendumda səs verib.
Bu barədə Trend Özəbkistan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd edək ki, bu gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.
Özbəkistanın 611 mindən çox vətəndaşı Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda artıq erkən səs verib.