Ürgənc. Trend:
Konstitusiyaya dair referendum Özbəkistan xalqı üçün mühüm siyasi hadisədir.
Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan jurnalistlərinə açıqlamasında Xorəzm vilayətinin Ürgənç şəhəri 49 saylı seçki məntəqəsi üzrə referendumun keçirilməsi üzrə komissiyanın üzvü Firuzə Adambayeva deyib.
"Ümumilikdə 1276 seçicimiz var. Onların 40 faizi artıq səsvermədə iştirak edib. Proses səhər saat 08:00-da başlayıb. Xalqımızın əhval-ruhiyyəsi yüksəkdir. Hər kəs bu tədbirdə iştirak etməkdən çox məmnundur. Bu bizim üçün böyük bayramdır", - deyə F.Adambayeva bildirib.
Onun sözlərinə görə, seçki məntəqəsində Böyük Britaniya, İran, Tacikistan kimi müxtəlif ölkələrdən 40 müşahidəçi ilə yanaşı, yerli müşahidəçilər də iştirak edir.