...

Özbəkistanda referendumda seçici fəallığı 35,13 faiz təşkil edir (FOTO)

Dünya xəbərləri Materials 30 Aprel 2023 12:20 (UTC +04:00)
Özbəkistanda referendumda seçici fəallığı 35,13 faiz təşkil edir (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanda yerli vaxtla saat 11:00-a olan məlumata əsasən, referendumda seçici fəallığı 35,13 faiz təşkil edir.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhrom Kuçkarov deyib.

O, seçicilərin yüksək fəallığını qeyd edərək, indiyədək heç bir ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib.

Qeyd edək ki, bu gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.

Özbəkistanın 611 mindən çox vətəndaşı Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda artıq erkən səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti