...

Özbəkistanda keçirilən referendumda 5 saat ərzində seçici fəallığı 62,24 faiz təşkil edib (FOTO)

Dünya xəbərləri Materials 30 Aprel 2023 13:25 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi üzrə referendum yerli vaxtla saat 13:00-a qədər seçici siyahılarına daxil edilmiş ölkə vətəndaşlarının yarıdan çoxu seçki məntəqələrində səs verdiyi üçün baş tutmuş elan edilib.

Trend-in müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bəhrom Kuçkarov məlumat verib.

"Saat 13:00-a olan məlumata görə, seçicilərin sayı 12 083 105 nəfərə çatıb ki, bu da siyahılara daxil edilmiş vətəndaşların sayının 62,24 faizini təşkil edir. Bu rəqəmlər o deməkdir ki, MSK-nın referendumu keçərli saymaq üçün əsası var", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.

Özbəkistanın 611 mindən çox vətəndaşı Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda artıq erkən səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti