...

Özbəkistan gəncləri də referendumdan kənarda qalmır

Dünya xəbərləri Materials 30 Aprel 2023 14:38 (UTC +04:00)
Özbəkistan gəncləri də referendumdan kənarda qalmır

Ürgənc. Trend:

Özbəkistan gəncləri də referendumdan kənarda qalmır.

Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan jurnalistlərinə açıqlamasında Ürgənc sakini Allaberqanova Miyasar deyib.

"Ölkəmizdə baş verənlərdən kənarda qalmayaraq bu gün referendumda səsimi verməyə gəlmişəm. Mən şadam ki, konstitusiyaya ayrıca düzəliş gənclərə aiddir. Dövlətimiz gənclərə böyük diqqət göstərir, bizə güvənir. Mən şəxsən bu etimadı doğrultmağa, ölkəmin sədaqətli vətəndaşı olmağa çalışacağam", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti