Daşkənd. Trend:
Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda yerli vaxtla saat 17:00-a qədər seçici fəallığı siyahılara daxil edilmiş vətəndaşların sayının 81,39 faizini təşkil edib.
Bu barədə Trend Öznəkistanın Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir.
Qeyd edək ki, bu gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.