...

Özbəkistan hökuməti hər şeyi xalqın xeyrinə edir - Ürgənc sakini

Dünya xəbərləri Materials 30 Aprel 2023 18:56 (UTC +04:00)
Özbəkistan hökuməti hər şeyi xalqın xeyrinə edir - Ürgənc sakini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Ürgənc. Trend:

Özbəkistan hökuməti hər şeyi xalqın xeyrinə edir.

Trend-in müxbiri xəbər verir ki, bunu bazar günü Azərbaycan jurnalistlərinə açıqlamasında Ürgənc sakini Alişer Abirəcəbov deyib.

"Bu gün biz ölkəmiz üçün çox mühüm siyasi prosesdə iştirak edirik. Özbəkistan hökuməti sosial islahatlara diqqətini artırır. Bütün dəyişikliklər insanların mənafeyinə, işıqlı gələcəyimiz naminə baş verir. Mən və ailəm də kənarda qalmayıb səsimizi verməyə gəldik", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti