...

ABŞ-da süni intellekt sınaq zamanı operatoru öldürmək istəyib

Dünya xəbərləri Materials 2 İyun 2023 13:39 (UTC +04:00)
ABŞ-da süni intellekt sınaq zamanı operatoru öldürmək istəyib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da imitasiya sınaqları zamanı süni intellektlə idarə edilən Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı onun tapşırığı yerinə yetirməsinə mane olan operatoru öldürmək qərarına gəlib.

Trend “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələrinin sınaqlar və süni intellekt əməliyyatları şöbəsinin polkovniki Taker Hamiltonun sözlərinə görə, təhlükənin müəyyən olunmasına baxmayaraq, operatorun onu məhv etməmək barədə əmri dronu qane etməyib. Nəticədə o, operatoru öldürməyə qərar verib.

Bu, amerikalı hərbçilərin süni intellekti döyüş maşınında tətbiq etdiyi ilk sınaqlar deyil. Birləşmiş Ştatlar bu yaxınlarda həmin texnologiyanı F-16 təyyarələrində də sınaqdan keçirib.

Uzun müddətdir ki, həm siyasətçilər, həm də iri şirkətlərin başçıları süni intellekt sahəsində tənzimləmələrin həyata keçirilməsinə çağırır. Amerikalı məşhur iş adamı İlon Mask da öz növbəsində texnologiyanın insanlar üçün təhdid yarada biləcəyini nəzərə alaraq süni intellekt üzərində dövlət nəzarəti tətbiq etməyin vacibliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti