...

"Bayraktar" PUA-ları Küveytə ixrac edilib

Dünya xəbərləri Materials 14 İyun 2023 07:14 (UTC +04:00)
"Bayraktar" PUA-ları Küveytə ixrac edilib

Bakı. Trend:

Türkiyə Küveytə "Bayraktar TB2" PUA-ları ixrac edib.

Trend xəbər verir ki, bu barədə "Baykar" şirkətin rəsmi tviter hesabında paylaşım edilib.

Qeyd edək ki, yanvarda "Baykar" və Küveyt Müdafiə Nazirliyi arasında "Bayraktar TB2"nin ixracı üçün müqavilə imzalanıb.

"2019-cu ilin iyul ayından davam edən prosesdə Amerika, Avropa və Çindən önəmli şirkətlərin yer aldığı müsabiqənin qalibi Türkiyənin "Baykar" şirkəti olub. Beynəlxalq aləmdə özünü doğrultmuş "Bayraktar TB2" üçün Küveyt Müdafiə Nazirliyi ilə 367 milyon dollarlıq müqavilə imzalanıb. Beləliklə, "Bayraktar TB2" üçün ixrac müqaviləsi imzalanan ölkələrin sayı 30-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti