...

Rusiyada federal yolda hərbi texnikanın hərəkət etdiyi bildirilib

Dünya xəbərləri Materials 24 İyun 2023 07:11 (UTC +04:00)
Rusiyada federal yolda hərbi texnikanın hərəkət etdiyi bildirilib

Bakı. Trend:

Rusiya Federasiyasının Voronej vilayətinin hökuməti hərbi texnika karvanının M-4 "Don" federal magistral yolu ilə hərəkət etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə vilayət hökuməti öz "Telegram" kanalında bildirib.

Voronej vilayətinin sakinlərindən müvəqqəti olaraq bu yoldan və fərdi avtomobillərdən istifadədən çəkinmələri xahiş olunur.

"Hərbi texnika karvanı M-4 "Don" federal magistral yolu ilə hərəkət edir. Voronej vilayətinin bütün sakinlərindən M-4 "Don" federal magistral yolundan və fərdi avtomobillərdən müvəqqəti istifadə etməməyi xahiş edirik", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti