...

İsveçin Malmö şəhəri “Eurovision 2024”-ə ev sahibliyi edəcək

Dünya xəbərləri Materials 8 İyul 2023 02:52 (UTC +04:00)
İsveçin Malmö şəhəri “Eurovision 2024”-ə ev sahibliyi edəcək

Bakı. Trend:

“Eurovision-2024” mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə tədbirin təşkilatçısı Avropa Yayım Birliyi məlumat yayıb.

Bu il isveçli müğənni Loreen "Tattoo" mahnısı ilə qalib gəldiyi üçün İsveç “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququ qazanıb.

İsveç yeddinci dəfə “Eurovision”a ev sahibliyi edəcək. 68-ci dəfə keçiriləcək müsabiqənin finalı mayın 11-də, yarımfinalları isə mayın 7-də və 9-da olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti