...

Hakkaridə yeni kəşfiyyat quyularının qazıntısına başlayacağıq - Alparslan Bayraktar

Dünya xəbərləri Materials 10 İyul 2023 11:34 (UTC +04:00)
Hakkaridə yeni kəşfiyyat quyularının qazıntısına başlayacağıq - Alparslan Bayraktar

Bakı. Trend:

Bu il Hakkariyə doğru gedən ərazilərdə yeni kəşfiyyat quyuları qazacağıq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Enerji və təbii sərvət naziri Alparslan Bayraktar deyib.

"Terrordan təmizlənən Qabarda gündəlik neft hasilatı 200 min barrelə çatdırılacaq. Hazırda Katoda işlər davam edir. Yəqin ki, bizə daha bir neçə həftə lazımdır. Qabar bir az da şimala gedən ərazidir. Bundan sonra bu il Hakkariyə doğru gedən ərazilərdə yeni kəşfiyyat quyuları qazacağıq", - deyə nazir qeyd edib.

Alparslan Bayraktar bildirib ki, hazırda 2024 və 2030-cu illəri əhatə edəcək milli enerji səmərəliliyinin ikinci mərhələsi üzərində işləyirik.

“Gələn il Akkuyuda elektrik enerjisi istehsalına başlayacağıq. İkinci stansiya Sinop olacaq. Amma eyni dərəcədə vacib olan odur ki, bizim Trakiyada nüvə elektrik stansiyasımız olmalıdır. Böyükmiqyaslı atom elektrik stansiyalarından başqa, Türkiyədə istehsalın daha çox lokallaşma imkanının olduğu kiçik modul reaktor adlı yeni texnologiya üzərində Böyük Britaniya və ABŞ ilə sıx əməkdaşlıq edirik. Biz Akkuyu-da Fransa ilə işləyirik və üçüncü tərəfin müstəqil auditi ilə bağlı Fransadan çox ciddi dəstək alırıq”, - deyə Türkiyəli nazir əlavə edib.

Alparslan Bayraktar vurğulayıb ki, nazirliyin qarşıdakı dövrdəki əsas hədəflərindən biri təchizatın təhlükəsizliyini fasiləsiz təmin etməkdir. Amma bunu təmin edərkən lokallaşmaya, yəni daxili resurslardan istifadəyə maksimum önəm vermək əsasdır.

Xatırladaq ki,2023-cü il mayın 2-də Türkiyənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında, iyulun 3-də isə Türkiyənin Kato dağında yeni neft ehtiyatlarının aşkar edildiyi açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti