...

Türkiyənin ilk uzun mənzilli milli radarı inventara daxil olur

Dünya xəbərləri Materials 19 İyul 2023 13:08 (UTC +04:00)
Türkiyənin ilk uzun mənzilli milli radarı inventara daxil olur

Bakı. Trend:

Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən ilk uzun mənzilli milli radar ERALP inventara daxil olur.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə bildirilib.

Məlumata əsasən, ASELSAN 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) yerli və xarici ziyarətçilərə rabitə, hava hücumundan müdafiə, avionika, elektro-optika, elektron müharibə, radar və pilotsuz sistemlərini nümayiş etdirəcək və ERALP da bu sistemlər arasında olacaq.

Qeyd edək ki, ERALP rəqəmsal şüa formalaşdıran infrastrukturda anten arxitekturasına malik taktiki təkərli platformalarda tez quraşdırıla və yığıla bilən yeni nəsil radardır. Sistem yeni nəsil radar alqoritmləri, rəqəmsal antena arxitekturası, elektron şüa yönləndirmə qabiliyyəti sayəsində çox uzaq məsafələrdən bütün hava hədəflərini aşkar edərək izləyir.

ERALP uzun mənzilli radarı ilə Türkiyə Hərbi Hava Qüvvələrinin məlumatlılıq gücünü çox daha yüksək səviyyəyə daşımaq hədəflənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti