...

Ərdoğan Şimali Kiprdə Hava Limanının açılış mərasimində iştirak edəcək

Dünya xəbərləri Materials 19 İyul 2023 14:23 (UTC +04:00)
Ərdoğan Şimali Kiprdə Hava Limanının açılış mərasimində iştirak edəcək

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 20 iyul tarixində Şimali Kipr Türk Respublikasında Ercan Hava Limanının açılış mərasimində iştirak edəcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Prezident R.T.Ərdoğanın təyyarəsi sınaq uçuşları uğurla tamamlanan Yeni Ercan Hava Limanına ilk eniş edəcək.

Məlumata əsasən, onu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Baş nazir Ünal Üstel və Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu qarşılayacaq.

Qeyd edək ki, uzunluğu 2 min 755 metr olan mövcud uçuş-enmə zolağı ilə müqayisədə yeni 3 min 100 metrlik yeni uçuş-enmə zolağı bütün sərnişin təyyarələrinin istifadəsinə yararlıdır. Burada ümumilikdə 30 təyyarə dayanacağı var.

Bundan əlavə, Ercan Hava Limanının 1500 avtomobil tutumlu qapalı avtoparkı və ən müasir yeni avadanlıqları olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti