...

Türkiyə parlamenti növbədənkənar iclas keçirəcək

Dünya xəbərləri Materials 20 İyul 2023 01:58 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisi (parlament) iyulun 25-də növbədənkənar iclas keçirəcək.

Trend xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuş bildirib.

Onun sözlərinə görə, Türkiyə Cümhuriyyət Xalq Partiyası kifayət qədər sayda deputat imzasını toplayaraq, növbədənkənar toplantı tələb edib.

Parlamentin sədri qeyd edib ki, Konstitusiyanın 93-cü bəndinə və parlamentin nizamnaməsinin 7-ci bəndinə əsasən, tələb qəbul edilib və iclas yerli vaxtla iyulun 25-də saat 15:00-a təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti