...

ÜST istilərlə əlaqədar səhiyyə sisteminin yükünün əhəmiyyətli dərəcədə artdığını açıqlayıb

Dünya xəbərləri Materials 20 İyul 2023 03:33 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın bir sıra regionlarında anomal istilər səhiyyə sistemlərinin yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Trend xəbər verir ki, bunu mətbuat konfransı zamanı Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"Həddindən artıq isti hava səhiyyə sistemlərinə təzyiqi artırır", - deyə o bildirib.

Onun sözlərinə görə, isti hava tez-tez əvvəldən mövcud olan sağlamlıq problemlərini gücləndirir və vaxtından əvvəl ölümə və əlilliyə səbəb olur. O qeyd edib ki, belə hava şəraiti ən böyük təhlükəni qocalar, uşaqlar, yoxsullar üçün yaradır.

Qebreyesus bildirib ki, ÜST anomal istilərlə üzləşən ölkələrə dəstək vermək üçün Ümumdünya Meteorologiya Təşkilatı ilə birgə işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti