...

Ekvador həbsxanasında qarşıdurmalar zamanı 18 nəfər ölüb

Dünya xəbərləri Materials 26 İyul 2023 01:28 (UTC +04:00)
Ekvador həbsxanasında qarşıdurmalar zamanı 18 nəfər ölüb

Bakı. Trend:

Ekvadorun Quayakil şəhərində həbsxanada baş verən qiyam nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Ekvadorun baş prokuroru məlumat yayıb.

Məlumatda polis əməkdaşları da daxil olmaqla 11 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, iyulun 23-də Ekvadorda bir neçə həbsxanada iğtişaşlar baş verib. Beş cəzaçəkmə müəssisəsində 90-a yaxın mühafizəçi məhbuslar tərəfindən girov götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti