...

3 minə yaxın avtomobil daşıyan gəmidə yanğın davam edir

Dünya xəbərləri Materials 27 İyul 2023 20:32 (UTC +04:00)
3 minə yaxın avtomobil daşıyan gəmidə yanğın davam edir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyadan Misirə 2857 avtomobil daşıyan yük gəmisində baş verən yanğın hələ də davam edir.

Trend xəbər verir ki, Niderland sahillərində yanan gəmini söndürmək mümkün olmayıb.

Məlumata əsasən, hazırda gəmi ekipajsızdır, xilasedicilər onun batmasının qarşısını almağa çalışırlar.

Almaniyanın ətraf mühit naziri Şteffi Lemke tviter hesabında paylaçım edərək mütəxəssislərin xilasetmə planı hazırlamalı olduğunu vurğulayıb. O, Almaniyanın bu plana yardım etmək üçün bütün vasitələri təmin edəcəyini qeyd edib.

Qeyd edək ki, yük gəmisində yanğın iyulun 26-da baş verib. Yanğın avtomobillərin birində başlayıb. Yanğın zamanı 1 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti