...

Müdafiə sənayesində qət etdiyimiz məsafə ölkəmizin inkişafının göstəricisidir - Ərdoğan

Dünya xəbərləri Materials 28 İyul 2023 16:24 (UTC +04:00)
Müdafiə sənayesində qət etdiyimiz məsafə ölkəmizin inkişafının göstəricisidir - Ərdoğan

Bakı.Trend:

Müdafiə sənayesində qət etdiyimiz məsafə ölkəmizin gücünün göstəricisidir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IDEF-23 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin bağlanış mərasimində çıxışı zamanı deyib.

"Dünyanın 81 fərqli ölkəsi ilə yanaşı, NATO, Afrika Birliyi və Türk-Amerika İş Şurası IDEF-23-də iştirak edib. Eyni zamanda, sərgidə 189 heyəti təmsil edən 741 nümayəndə heyəti, 689-u yerli, 772-si xarici olmaqla 1461 şirkət iştirak edib. 15%-i əcnəbi olmaqla 100.000-dən çox ziyarətçiyə ev sahibliyi edən IDEF-23 bu dəfə də sektorda öz izini qoyub", - deyə o, əlavə edib.

R.T.Ərdoğan onu da bildirib ki, 2023-cü ilin birinci yarısında müdafiə sənayesi sahəsində 2 milyard dollardan çox olan ixracatın ilin sonunda 6 milyard dollara çatdırılması hədəflənir.

Qeyd edək ki, 25-28 iyul tarixlərində Türkiyə Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Türkiyə Silahlı Qüvvələri Fondunun rəhbərliyi ilə təşkil edilən IDEF-23 bu il İstanbulda 16-cı dəfə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti