...

Səudiyyə Ərəbistanı Bayraktar Akıncı PUA-larının istehsalına başlayacaq

Dünya xəbərləri Materials 7 Avqust 2023 02:50 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Bayraktar Akıncı PUA-larının istehsalına başlayacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının "Saudi Arabian Military Industries Company" şirkəti Türkiyənin Bayraktar Akıncı pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq.

Trend xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

"Səudiyyə Ərəbistanında Bayraktar Akıncı pilotsuz uçuş aparatlarının və onların komponentlərinin istehsalının lokallaşdırılması üçün Türkiyənin Baykar şirkəti ilə strateji müqavilənin imzalandığını məmnuniyyətlə elan edirik. Bu müqavilə bizim milli müdafiə sənayesinə dəstək rolunu gücləndirəcək və imkanlarımızı genişləndirəcək", - deyə paylaşımda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti