...

Türkiyənin Şimali Kiprə hazır geyim məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 11 Avqust 2023 14:52 (UTC +04:00)
Türkiyənin Şimali Kiprə hazır geyim məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyənin 2023-cü ilin yanvar-iyul aylarında Şimali Kipr Türk Respublikasına hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz azalaraq, 29,2 milyon dollar olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyul ayında Türkiyə Şimali Kipr Türk Respublikasına hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 16,4 faiz artıraraq, 3,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11,5 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,9 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 20,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti