...

Bütün dünya Azərbaycanda fasiləsiz kəşfiyyat və müşahidənin gücünü gördü - Selçuk Bayraktar

Dünya xəbərləri Materials 18 Avqust 2023 17:05 (UTC +04:00)
Bütün dünya Azərbaycanda fasiləsiz kəşfiyyat və müşahidənin gücünü gördü - Selçuk Bayraktar

Bakı. Trend:

Pilotsuz uçuş aparatlarının uğurunun əsas səbəbi müşahidə imkanlarıdır, Azərbaycanda bütün dünya daimi, fasiləsiz, real vaxt rejimində kəşfiyyat və müşahidənin gücünü gördü.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu fikirləri "Baykar" texnologiya şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

"İndiyə qədər 600 mindən çox uğurlu uçuş həyata keçirən "Bayraktar TB2" SİHA Türkiyənin ən uzun uçuş edən milli təyyarəsidir. 93 faiz yerli olan "Bayraktar TB2" SİHA-ların proqram təminatı, dizaynı və bütün mühüm komponentləri "Baykar" tərəfindən hazırlanıb", - deyə o vurğulayıb.

Qeyd edək ki, bütün layihələrini öz resursları ilə həyata keçirən "Baykar" 2003-cü ildə PUA Ar-Ge prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 75%-ni ixracdan əldə edib. Türkiyə İxracatçılar Məclisinin (TİM) 2021 və 2022-ci illərdəki məlumatlarına görə, "Baykar" müdafiə və aerokosmik sənayenin ixracat lideri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti