...

Türkiyə Şimali Kiprə elektrik avadanlıqlarının ixracını artırdı

Dünya xəbərləri Materials 21 Avqust 2023 17:06 (UTC +04:00)
Türkiyə Şimali Kiprə elektrik avadanlıqlarının ixracını artırdı

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Şimali Kiprə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz artıraraq, 64,6 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Şimali Kiprə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 44,6 faiz artıraraq, 9,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq, 9,1 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 1,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23,6 faiz çoxdur.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti