...

İranın xarici işlər naziri omanlı həmkarı ilə regional məsələləri müzakirə edib

Dünya xəbərləri Materials 27 Avqust 2023 16:41 (UTC +04:00)
İranın xarici işlər naziri omanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ölkəsinin Tehran və Maskat arasında strateji hərtərəfli əməkdaşlıq haqqında sənədin müddəalarını yekunlaşdırmağa hazır olduğunu bildirib.

Trend xəbər verir ki, bunu İran XİN rəhbəri omanlı həmkarı Bədr bin Həməd bin Həmud əl-Busəidi ilə telefon danışığı zamanı deyib.

O, həmçinin Omanın konstruktiv rolunu yüksək qiymətləndirib və sanksiyaların aradan qaldırılması üzrə danışıqlar prosesində İslam Respublikasının prinsipial mövqeyini bəyan edib.

Omanın xarici işlər naziri öz növbəsində ölkəsinin İranla regional və ikitərəfli əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayıb.

Tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti