...

Çində yüzlərlə reys təxirə salındı - Məktəblər bağlandı

Dünya xəbərləri Materials 1 Sentyabr 2023 13:12 (UTC +04:00)
Çində yüzlərlə reys təxirə salındı - Məktəblər bağlandı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çinin cənub-şərqində Quandun əyalətində və Honkonqda güclü "Saola" qasırğası səbəbindən avianəqliyyat dayandırılıb, eləcə də müəssisələr və məktəblər bağlanıb.

Trend xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Çin Meteorologiya Mərkəzinin verdiyi məlumata görə, qasırğa Quandun əyaləti sahillərində göründükdən sonra Honkonq və Makao bölgələrinə keçə bilər.

Məlumata görə, Quandun əyalətinin Çjuhay və Şençjen hava limanlarında yüzlərlə reys təxirə salınıb. Əyalətdə həmçinin, dəmir yolu nəqliyyatı dayandırılıb, müəssisələr, bazarlar müvəqqəti olaraq bağlanıb, birjalarda sövdələşmələr dayandırılıb. Şəhər sakinlərinə evlərində qalmaları barədə xəbərdarlıq olunub. Şençjendə məktəblərdə dərslər müvəqqəti olaraq təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl "Saola" qasırğası Filippində baş verib. Qasırğa nəticəsində ölkənin şimalında yağan güclü musson yağışları bir neçə kəndin su altında qalmasına səbəb olub, yüzlərlə ev zərər görüb. 50 min nəfər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti