...

Ərdoğan taxıl dəhlizi ilə bağlı təklif paketini Putinə təqdim edəcək

Dünya xəbərləri Materials 2 Sentyabr 2023 12:52 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizinin fəaliyyətinin yenidən bərpası üçün təklif paketini Rusiya prezidenti Vladimir Putinə təqdim etməsi gözlənilir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyənin dəstəyi ilə hazırlanan paket BMT tərəfindən də təsdiqlənib.

Məlumata əsasən, təklif paketinə Rusiya gəmilərinin sığorta probleminin həlli, Rusiya banklarının SWIFT-ə qoşulması və Rusiya taxılının heç bir əngəl olmadan daşınması daxildir.

Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin 4 sentyabr tarixində Soçidə görüşü keçiriləcək. Görüş çərçivəsində Qara dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti