...

Küveyt Türkiyə ilə "Bayraktar" PUA-sının alınması üçün müqavilə imzalayıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2023 05:17 (UTC +04:00)
Küveyt Türkiyə ilə "Bayraktar" PUA-sının alınması üçün müqavilə imzalayıb

Bakı. Trend:

Küveyt Türkiyə ilə 18 ədəd "Bayraktar" zərbə pilotsuz təyyarəsinin alınması üçün müqavilə imzalayıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Küveytdəki səfiri Tuba Nur Sönməz bildirib.

Bu il iyunun 13-də Küveyt Müdafiə Nazirliyi Türkiyə ilə Bayraktar TB2 PUA-larının tədarükü ilə bağlı 367 milyon dollar məbləğində müqavilə imzaladığını açıqlasa da, nazirlik Küveytin sifariş etdiyi PUA-ların dəqiq sayını açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti