...

Fransa Yay Olimpiadasına ev sahibliyindən məhrum edilə bilər

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 11:00 (UTC +04:00)
Fransa Yay Olimpiadasına ev sahibliyindən məhrum edilə bilər
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Antidopinq Agentliyi (WADA) Fransanı 2024 Yay Olimpiya Oyunlarına ev sahibliyindən məhrum etməklə hədələyib.

Trend xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Antidopinq Agentliyi Fransa Antidopinq Agentliyini (AFLD) "yetərincə sərt tədbirlər görmədiyi" üçün tənqid edib və sanksiyalarla hədələyib.

Fransa Antidopinq Agentliyi Ümumdünya Antidopinq Məcəlləsinə və İdman Arbitraj Məhkəməsinin presedent hüququna açıq şəkildə uyğun gəlməyən qərarlar qəbul etməkdə ittiham olunub.

Fransa Antidopinq Agentliyi bəyanat yayaraq, Ümumdünya Antidopinq Agentliyini təhqiqata başlamaqla hədələdiyini və nəticədə, fransız idmançıların bir sıra beynəlxalq yarışlarda iştirakının, eləcə də, ölkənin Olimpiya Oyunları kimi beynəlxalq tədbirlərə ev sahibliyinin qadağan oluna biləcəyini xəbər verib.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarının 2024-cü il 26 iyul - 11 avqust tarixlərində Fransada keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti