...

İran İraqla sərhədə hərbi texnika toplayır

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 17:30 (UTC +04:00)
İran İraqla sərhədə hərbi texnika toplayır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İran İraqla sərhədə hərbi texnika və qoşun toplayır.

Trend xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) məxsus sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, İran qərb sərhədlərinə hərbi texnika və canlı qüvvə cəmləyir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sentyabrın 12-də İraqdakı terrorçu qruplaşmanın tərk-silah edilməsi üçün verilən möhlətin başa çatdığını, onun uzadılmayacağını deyib.

İraqın şimalındakı terrorçu qruplaşmalara İran sentyabrın 19-dək möhlət verib. Bu müddətin başa çatmasına az qalıb. Ehtimal edilir ki, təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə İran regiona əlavə qüvvə yeridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti