...

Aİ İrana qarşı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 15 Sentyabr 2023 21:32 (UTC +04:00)
Aİ İrana qarşı sanksiyaları genişləndirib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirib.

Trend Aİ Şurasına istinadən xəbər verir ki, Şura İranda ciddi insan hüquqları pozuntularına məsul olan dörd fiziki şəxs və altı quruma qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketini qəbul edib.

Bugünkü siyahıya İmam Əli Mərkəzi Təhlükəsizlik Qərargahında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali Baş Komandanının müavini, həmçinin Mazandaran və Fars əyalətlərinin polis komandirləri daxildir.

Aİ Şurası həmçinin Kaçui həbsxanası və onun rəisinə də sanksiya tətbiq edib. Sənəndəc, Zahedan və İsfahan həbsxanaları, eləcə də "Tasnim News" xəbər agentliyi sanksiya siyahısında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti