...

Türkiyədə yanğınsöndürən helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2023 10:31 (UTC +04:00)
Türkiyədə yanğınsöndürən helikopter qəzaya uğrayıb

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iştirak edən yanğınsöndürən helikopter ötən gecə Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb.

Trend xəbər verir ki, bir ekipaj üzvü xilas edilib, daha üç nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, ötən gün İzmirin Menderes rayonunda meşə yanğını başlayıb, hadisənin səbəbi hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti