Bakı. Trend:
Polşada ümumxalq referendumda iştirak səviyyəsi 50%-dən aşağı olub.
Trend xəbər verir ki, bu barədə Polşa televiziyası məlumat yayıb.
Qeyd edək ki, referendumun baş tutması üçün seçicilərin 50%-dən çoxunun iştirakı vacibdir. “Exit-poll”un nəticələrinə görə, Polşada seçicilərin ümumi sayının 40%-i səsvermədə iştirak edib.
Ölkənin müxalif qüvvələrinin əksəriyyəti əvvəlcədən referendumu boykot edəcəklərini bildirib. Belə ki, onu hakim "Qanun və Ədalət" partiyasının seçkiqabağı kampaniyasının bir hissəsi hesab edir.
Xatırladaq ki, oktyabrın 15-də Polşada parlament seçkiləri və ümumxalq referendum keçirilib.