Bakı. Trend:
Türkiyə ilə Əlcəzair arasında ticarət həcminin 10 milyard dollar olmasını hədəfləyirik.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ticarət həcmimiz keçən il əvvəlki ilə nisbətən 27 faiz artaraq rekord səviyyəyə - 5,3 milyard dollara çatıb. Bu ilin sonuna qədər ticarət həcminin altı milyard dollar olacağını gözləyirik. Əlcəzairdə fəaliyyət göstərən türk ortaqları olan 1 400-ə yaxın şirkət təxminən beş min əlcəzairli vətəndaşı işlə təmin edir” – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyə Əlcəzairlə enerji sahəsində yeni tərəfdaşlıqlarla əməkdaşlığı artırmaq istəyir.