...

Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib

Dünya xəbərləri Materials 3 Dekabr 2023 19:35 (UTC +04:00)
Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.

Trend-in məlumatına görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, ölənlərin sayı 15 523-ə yüksəlib, 41 316-dan çox insan yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti