...

ABŞ hesab edir ki, Kreml atəşkəsə hazır deyil

Dünya xəbərləri Materials 4 Yanvar 2024 05:30 (UTC +04:00)
ABŞ hesab edir ki, Kreml atəşkəsə hazır deyil
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton Moskvanın Ukraynada atəşkəsə hazır olduğunu görmür.

Trend RİA Novosti-yə istinadla məlumat verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Mətbuatda Rusiya Prezidenti Vladimir Putinin qəfil danışıqlara hazır olması barədə xəbərlər yayılıb, o, şübhəsiz ki, özünü danışıqlara hazır adam kimi aparmır”, – deyə Kirbi mediaya açıqlamasında deyib.

O əlavə edib ki, ABŞ Konqresi dərhal Ukraynaya hərbi maliyyənin ayrılmasına səs verməlidir, çünki Ağ Evin artıq Ukraynaya silah ötürmək imkanı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti