...

Türkiyənin Şimali Kiprə sement ixracı 76 milyon dolları ötüb

Dünya xəbərləri Materials 16 Yanvar 2024 14:43 (UTC +04:00)
Türkiyənin Şimali Kiprə sement ixracı 76 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Şimali Kiprə sement ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artıraraq 76,5 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Şimali Kiprə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 7,7 faiz artıraraq 6,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara çatıb.

2023-cü ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 19,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti