...

Türkiyə-Uqanda arasında ticarət bazasını gücləndirəcəyik - Cevdet Yılmaz

Dünya xəbərləri Materials 19 Yanvar 2024 00:22 (UTC +04:00)
Türkiyə-Uqanda arasında ticarət bazasını gücləndirəcəyik - Cevdet Yılmaz

Bakı. Trend:

Türkiyə-Uqanda arasında ticarət bazasını gücləndirəcəyik.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.

O, Türkiyənin Kampala səfirliyində türk iş adamları ilə görüşüb.

"İş dünyası xüsusilə infrastruktur quruculuğu sahəsində mühüm layihələr həyata keçirib. Biz iki ölkə arasında ticarət bazasını gücləndirəcəyik. Ümid edirik ki, Xarici İşlər Nazirliyimiz investisiyaların qarşılıqlı dəstək və asanlaşdırılması ilə bağlı sazişləri yekunlaşdıracaq", - deyə Yılmaz bildirib.

Yılmaz qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha sürətlə inkişaf edəcək.

Görüşdə vitse-prezident Yılmaz Uqandada fəaliyyət göstərən türk iş adamlarının problemlərini və tələblərini dinləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti