...

Yunanıstan ABŞ-nin hərbi tenxikasını yararsız hesab edir

Dünya xəbərləri Materials 1 Fevral 2024 13:38 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan ABŞ-nin yardım üçün ayırdığı hərbi tenxikanı yararsız adlandırıb.

Trend xəbər verir ki, bu barədə Yunanıstan yerli qəzeti ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinkenin məktubunda Yunanıstana təmənnasız vəd edilən iki "С-130" hərbi təyyarəsi işə yararsızdır və Nevada ştatında yararsız təyyarələrin olduğu yerdə saxlanılır. Bu təyyarələrin yenidən uçması üçün Yunanıstan onlara 110 milyon avrodan çox yatırım qoymalıdır.

Nəşr yazır ki, bununla ABŞ təyyarələrin emalına əziyyət sərf etmədən onlardan yaxa qurtarmağın yolunu tapıb.

Yunanıstan üçün nəzərdə tutulmuş 4 "LCS" freqatlarına gəlincə, ABŞ-nin Hərbi-Dəniz Qüvvələrinin bu gəmilərdən imtina etdiyi məlum olub. Belə ki, bu gəmilər tamamilə sıradan çıxıb və təmirləri böyük vəsait tələb edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti