...

Jeff Bezos bir il ərzində 50 milyona qədər "Amazon"un səhmini satmaq niyyətindədir

Dünya xəbərləri Materials 4 Fevral 2024 06:23 (UTC +04:00)
Jeff Bezos bir il ərzində 50 milyona qədər "Amazon"un səhmini satmaq niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı sahibkar Jeff Bezos qurduğu "Amazon" şirkətinin 50 milyona qədər səhmini bir il ərzində satmaq niyyətindədir; digər rəhbərlər onun təxminən 440 min qiymətli kağızını satacaqlar.

Trend-in məlumatına görə, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası üçün korporasiyanın saytında dərc olunan illik hesabatda qeyd olunub.

Sənədə bildirilib ki, plan 2023-cü ilin noyabrında razılaşdırılıb. Plana əsasən J.Bezosun “müəyyən şərtlərə uyğun olaraq, 31 yanvar 2025-ci il tarixində bitən müddət ərzində "Amazon"un 50 milyona qədər səhmini satmağı” nəzərdə tutulur. Onların ümumi dəyəri qiymətli kağızların hazırkı qiyməti ilə təxminən 8,6 milyard dollar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti