...

Yanvar ayında Türkiyə Rusiyaya sement ixracını azaldıb

Dünya xəbərləri Materials 19 Fevral 2024 17:04 (UTC +04:00)
Yanvar ayında Türkiyə Rusiyaya sement ixracını azaldıb

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar ayında Rusiyaya sement ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz azaldaraq 6,5 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 4,6 milyon dollar məbləğində sement ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9,7 faiz azalaraq, 325,3 min dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti