...

Yanvarda Türkiyə Qazaxıstana elektrik avadanlıqları ixracını azaldıb

Dünya xəbərləri Materials 22 Fevral 2024 10:03 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 46,8 faiz azaldaraq 5,1 milyon dollara çatdırıb.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 16,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3,2 faiz artaraq, 1,2 milyon dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara bərabər olub.

Xəbər lenti

Xəbər lenti