...

Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb

Dünya xəbərləri Materials 3 Mart 2024 07:08 (UTC +04:00)
Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb

Bakı. Trend:

Fevral ayında hücuma məruz qalan “Rubymar” quru yük gəmisi Qırmızı dənizdə batıb.

Trend-in məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı Yəmən hökumətinin bəyanatına istinadla məlumat yayıb. Yəmənin “Saba” dövlət agentliyinin məlumatına görə, “Rubymar”da vəziyyətin monitorinqi ilə məşğul olan böhran qrupu elan edib ki, gəmi martın 1-də axşam batıb. Buna əlverişsiz hava şəraiti və dənizdə güclü külək səbəb göstərilir.

Fevralın 19-da Ədən körfəzində Britaniyanın “Rubymar” gəmisinə husilərin zərbə endirdiyi, nəticədə gəminin ciddi zərər çəkdiyi barədə xəbər verilmişdi.

Buna qədər üsyançı husilər Qırmızı dənizdə və Ədən körfəzində iki ticarət gəmisinə 6 raket zərbəsi endiriblər, gəmilərdən biri zərər çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti