Bakı. Trend:
Aprelin 3-də Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində 4 nəfər ölüb, 97 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Tayvanın “Zhongshi Xinwenwan” informasiya portalı xəbər verib.
Qeyd edək ki, Tayvanın şərq sahillərində 7,7 bal gücündə zəlzələ baş verib, ardınca 6,6, 6,3 və 6 bal gücündə afterşoklar qeydə alınıb. Tayvan adasının meteoroloji xidməti zəlzələnin maqnitudasını 7,2 bal qiymətləndirib, əlavə olaraq 6,5 bal gücündə 30-a yaxın afterşok hesablayıb.