Bakı. Trend:
"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 29 oktyabr 2023-cü ildən bəri ilk dəfə 90 dollar/bareldən yuxarı qalxıb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.
Saat 21:02 (Bakı vaxtı) üçün olan məlumata əsasən, "Brent" markalı neftin qiyməti 0,51 faiz artaraq 90,02 dollar/barelə çatıb.
Bakı vaxtı ilə saat 21:11-də "Brent"in qiyməti 90,6 dollar (+1,17%) təşkil edib. Eyni zamanda, "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 0,14 faiz artaraq 85,8 dollar/barelə çatıb.